Cinayetkar: Bacımı dəsmalla boğmağa başladım..
Hekayenin mezmunuŞekiller 1

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini Tofiq Qədirovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Sonxeber.az oxu.az-a istinadən bildirir ki, ötən il dekabrın 22-si saat 12 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Sabir küçəsində yaşayan Tofiq Qədirov qısqanclıq zəminində bacısı Ramiləni (1989-cu il təv.) boğma yolu ilə qətlə yetirib və həmin gün Xəzər RPİ 1-ci polis bölməsinə gələrək, təslim olub. İş üzrə dindirilən Tofiq Qədirov cinayəti namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən edilib ki, naməlum şəxsə qoşulub qaçan Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşayıb, onun bu hərəkətini qardaşı Tofiq bağışlamayıb və onlar uzun müddət küsülü qalıblar. 4 ay əvvəl isə Ramilə dünyaya uşaq gətirdiyi üçün Tofiq Qədirov bacısından imtina edib. Lakin özəl TV kanallarının birində yayımlanan verilişə çıxan Ramilə məhz yaradıcı kollektivin sayəsində qardaşı ilə barışıb və körpəsilə birlikdə ata evinə yerləşdirilib. Lakin bundan sonra onların arasında yenə də münaqişələr davam edib.

Həmin gün növbəti mübahisə zamanı Tofiq Ramiləni dəsmalla boğaraq, öldürüb, hadisə vaxtı körpə digər otaqda yatıb. Hadisədən sonra Tofiq qonşularına və evə gələn arvadına bacısını öldürdüyünü deyib və polisə gedib.

Məhkəmə prosesində Tofiq Qədirov ittiham üzrə özünü təqsirli hesab edərək, törətdiyi əməldən peşman olduğunu bildirib. Onun sözlərinə görə, bacısı 2-3 il əvvəl evi tərk edib, onunla əlaqə saxlamayıb. Təxminən 3 ay əvvəl televiziya kanallarından birində gedən proqramda bacısını gördükdə, ora gələrək Ramiləni və uşağını qəbul edib və yanında saxlamağa razılıq verib.

İlk vaxtlarda bacısı evdən heç yerə çıxmayıb, lakin hadisə günü o Ramilənin yenə də kiminləsə görüşdüyünü eşidib və evə gələrək, onunla mübahisə etməyə başlayıb.

"Bərk əsəbiləşmişdim, necə oldusa əvvəl əllərimlə, sonra isə dəsmalla onu boğmağa başladım".

Şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qayınatası Mütəllim Mirzəyev bildirib ki, hadisəni işdə olarkən eşidib:

"Qızım zəng elədi ki, Tofiq bacısını öldürüb. Şoka düşdüm, çox böyük faciədir, gedib evdə mərhumu görəndə inandım".

Onun sözlərinə görə, Tofiqin ata-anası 3 il əvvəl rəhmətə gediblər, o yoldaşı ilə yaşayıb.

"Tofiq neçə illərdir ruhi xəstədir, hətta onu əsgər də aparmayıblar. Ruhi-əsəb dispanserində də qeydiyyatdadır. Ramiləni televiziyada görəndən sonra, onu evinə gətirib saxladı, amma Ramilə yenə düzgün yol seçmədiyindən Tofiq onu boğub öldürdü".

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Oxundu: 62 defe


Tesadüfi hekaye
7 ay öncə
Arvadının başını kesen qatil tutulub! Arvadının başını kesen qatil tutulub!
Bakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb. 1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan t...
7 ay öncə
Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı! Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı!
Arvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir. Ölkə.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşa...
7 ay öncə
Bir günde 3 meyit tapılıb! Bir günde 3 meyit tapılıb!
19:29 xeber – Azərbaycanda gün ərzində 3 meyit aşkarlanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzər...
7 ay öncə
Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi
Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb...
7 ay öncə
Cinayetkar: Bacımı dəsmalla boğmağa başladım.. Cinayetkar: Bacımı dəsmalla boğmağa başladım..
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini Tofiq Qədirovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı y...
7 ay öncə
Öz Sevgilisini bıçaqla öldürdü Öz Sevgilisini bıçaqla öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvüllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirli bilinən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zərərçəkmiş şəxsin nümayəndəs...
7 ay öncə
Salyanda Aile Qetliamı Salyanda Aile Qetliamı
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı – İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən ...
7 ay öncə
21 yaşlı oğlan 2 bacısını güllələdi 21 yaşlı oğlan 2 bacısını güllələdi
ABŞ-ın Ohayo ştatının Kolreyn şəhərində 21 yaşlı Metyu Heyden 2 bacısını güllələyərək öldürüb, dostuna isə ağır xəsarət yetirib. Polisdən bildirilib ki, gənc oğlan bacıları Sara və Elizabet Heydeni...
Sponsorlu

Reklam yeri boş!