Ekiz bacısı terefinden başı kesilen qız!
Hekayenin mezmunuŞekiller 1

08.10.2015 / 14:32

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraaatına verilib



Ötən il Bakıda əkiz bacısının başını kəsən Pərvanə Nuriyevanın cinayət işinin istintaqı başa çatıb.



Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 15-ə təyin edilib.



Qeyd edək ki, qətl hadisə keçən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 “a” mənzil 39-da baş verib. Həmin günü saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın bacısı kollecdən evə qayıdıb. O, özündəki açarla qapını açıb, içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib. O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi rola girib.



Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da, buraxdığı bəzi səhvlər onun planını alt-üst edib. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.



Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib.



Hadisə ilə bağlı danışan Pərvanə bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib. Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi evdən çıxaraq, musiqi məktəbinə yollanıb.



Pərvanə Nuriyeva ilkin dindirilmə zamanı bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.

Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir.

Oxundu: 21 defe


Tesadüfi hekaye
1 ay öncə
Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi
Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb...
1 ay öncə
Bir günde 3 meyit tapılıb! Bir günde 3 meyit tapılıb!
19:29 xeber – Azərbaycanda gün ərzində 3 meyit aşkarlanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzər...
1 ay öncə
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi
Dekabrın 20-də Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib. Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasın...
1 ay öncə
Ağdaşda qoyun üstündə adam öldürdülər Ağdaşda qoyun üstündə adam öldürdülər
Ağdaşda qətl hadisəsi baş verib. Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini Mığımov Dursun 1966-cı il təvəllüdlü Əliyev Baxşalını dəyənəklə v...
1 ay öncə
Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkdi Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkdi
Honkonqda dəhşətli qətl hadisəsi baş verib. Müstəqil.Az Qafqazinfo və“Daily Mail”ə istinadən xəbər verir ki, polis 12 yaşlı qızını qətlə yetirən qadını həbs edib. Məlumata əsasən, 37 yaşlı ...
1 ay öncə
Bakıda 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər Bakıda 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər
Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb. Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami...
1 ay öncə
Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı! Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı!
Arvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir. Ölkə.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşa...
1 ay öncə
21 yaşlı oğlan 2 bacısını güllələdi 21 yaşlı oğlan 2 bacısını güllələdi
ABŞ-ın Ohayo ştatının Kolreyn şəhərində 21 yaşlı Metyu Heyden 2 bacısını güllələyərək öldürüb, dostuna isə ağır xəsarət yetirib. Polisdən bildirilib ki, gənc oğlan bacıları Sara və Elizabet Heydeni...
Sponsorlu

Reklam yeri boş!