Yerle sürüyürdü, bedenimi ütüyle yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün
Hekayenin mezmunuŞekiller 1

Hemin gece Aliyenin yuxusu gelmir. Başını qatmaq üçün “Facebook”a girir. Bir elan diqqetini çekir:





“Özüm namaz qılanam. Aile qurmaq isteyirem. Dindar qız axtarıram. Cemi bir defe aileli olmuşam. Evliliyim cemi bir gün çekib”.





Altında da çoxlu neqativ reyler. Ekseriyyet statusun sahibini tehqir edir, onu manyak, narkoman adlandırır. Bu, Aliyeye şübheli gelir. Ola bilmez axı, bu qeder adam bunu tanısın?! Özü de bilmeden heyatının sehvini edir: “Beyem siz onu tanıyırsınız ki, bele şey yazırsınız?” – deye rey yazır.





Ve her şey tek bu reyle başlayır. Aliyenin o reyi yazmaqla ona destek olduğunu düşünen Rüfetden ona mesaj gelir:





“Onlar yalan danışır, men narkoman deyilem. İsteyirsiniz, gelin görüşek, qollarımı gösterim. Men normal adamam. Sadece olaraq, bextim getirmedi. Bu gün evlendim, sabah boşandım”.





Mansurova Aliyenin 27, Mehdiyev Rüfetin ise 35 yaşı var. Her ikisi evlenecek, aile quracaq yaşdadırlar. Zamanla onlar arasındakı virtual ünsiyyet daha da isinir ve telefonla danışmağa başlayırlar. Telefon danışıqlarının uzun çekdiyini gören Aliyenin anası defelerle qızını tenbeh edir. Niyyetinin ciddi olduğunu sübut etmek isteyen Rüfet Aliyenin ailesiyle danışmaq qerarına gelir. O, “evlenecek cütlüyün bir-birini evvelceden tanıması gerekliyini deyir:





“Şekilde adam bir cür düşür, heyatda başqa cür. Görüşek, tanış olaq”.



Aliyenin anası evvel etiraz etse de, sonradan onların görüşüne icaze verir. Rüfet qızın anasına kişi kimi söz verir ki, narahat olmasın, bir-iki saat söhbet edib qızı evlerine getirecek.







Martın 29-a “Koroğlu” metrostansiyasının qarşısında görüşürler. Rüfet Aliyeye eve getmek mecburiyyetinde olduğunu bildirir. Heyetdeki itin yemeyini vermeyi unudubmuş. Bir qeder dil tökenden sonra Aliyeni onunla eve getmeye razı salır. Deyir, men müselmanam, İslama göre nikahsız bir qadına toxunmaq günahdır. Aliye Rüfetin de inancına güvenib razılaşır. Lakin bir şertle ki, o maşında gözleyecek.







Belelikle, onlar Rüfetin Zabratdakı evine gedirler. Eve çatanda Rüfet yene şirin dilini işe salır ve eyni sözlerle Aliyenin maşından düşmesine nail olur. İtin yemeyini verir, sonra onlar eve keçirler. Rüfet Aliyeye teklif edir ki, eve göz gezdirsin, evde neyin olub -olmadığına baxsın. Gelecekde cehiz getirerken ona lazım olacaq.







- Eve girende divanın açıq olduğunu gördüm. Narahat oldum. Rüfete dedim, meni eve aparsın. Heyetde Qafqaz cinsinden olan “ovçarka” saxlayır. Özüm çıxıb gede bilmezdim. Açıq qoymuşdu. Çıxsam parçalayacaqdı. Rüfet ele öyretmişdi ki, özünden başqa hamıya cumurdu. Yavaş-yavaş mene yaxın gelmeye başladı. Bunun günah olduğunu desem de, etmesin deye, dil tökdüm mehel qoymadı. Elimden tutanda etiraz eledim. Üzüme sille vurdu. Dalınca bir neçesini de vurdu. Yıxıldım divana.





Aliyenin heç bir sözüne ehemiyyet vermeyen Rüfet evvelden planlaşdırdığı niyyetini reallaşdırır.





- Eve getmek isteyirdim. Ne qeder yalvarsam da, mene fikir vermirdi. Dedim, ne olub olub, apar meni evime. Yaşlı anam-atam var. Dedi, bu qapıdan çıxsan, bir daha üzümü görmeyeceksen. Sonra mamam zeng etmeye başladı. Çünki Rüfetin dediyi vaxtdan xeyli keçmişdi. Hava qaralırdı. Her defe mamamın zengini cavabsız qoyurdu. Sonda telefonu açıb dedi ki, Aliye daha menim qadınımdı ve o eve qayıtmayacaq.





Ana veziyyeti erine danışır. Aliye onların yegane övladı idi. Bu formada ere getmesini istemirdiler. İsrarla Rüfetden Aliyeni eve getirmesini teleb etseler de, Rüfet eger Aliye bu qapıdan çıxarsa, bir daha onun üzünü görmeyeceyini deyir. Evde bakireliyi pozulmuş qızla camaatın onların ailesi haqqında ne düşüneceyini önceden tesevvür eden yaşlı ata-ana mecbur susmalı olur: “Teki, qızımız xoşbext olsun!”

Bir neçe günden sonra Rüfet Aliyeni Nardaran pirine aparır ve orada her iki terefin qohumların iştirakı olmadan dini kebin kesdirir. Bundan sonra oğlanın anasıgile gedirler. Qayınanası Aliyenin barmağına üzük de taxır.







Aliye qaçırılmazdan evvel özel şirketde müdir kömekçisi işleyirdi. Aile qurandan sonra da işine davam edir. Her şeye qısqanan Rüfet Aliyenin işlemeyine razı olur. Aliye evvelden onun banka kredit borcunun olduğunu dese de, aylıq ödeniş gününün vaxtı çatanda Rüfet dava salır.





- Papagile getdik. Dedi ki, evi satıb qızınızın kreditini bağlayın. Papam da dedi ki, az-az özüm ödeyerem. Beş min üçün evimi niye satım ki?!





- Krediti ne üçün götürmüşdün?





- Anamı ve özümü müalice etdirdim. Qalan pula da evin temirini bitirdim. Maaşım normal idi. Bunu nezere alıb götürmüşdüm.







Qayınatasının “yox” cavabı Rüfeti qane etmir. Eve qayıdandan sonra hirsini hamile arvadından çıxır. Aliyenin atası ise sonradan Rüfetle razılaşır ve “müşteri çıxsın satacağıq”, deyir. Lakin evin satışı yubandıqca, Rüfet acığını arvadından çıxır.







Rüfetin evine geldiyi ilk günden uşağa qalan Aliyenin er evinde qara günleri başlayır. Erinin onu döymeye daim bir sebebi olur. Bir defe yemek duzlu olanda, növbeti defe Aliye qaytaranda.





- Bütün qadınlar hamilelikde üreyi bulanır, qaytarır. Amma Rüfet icaze vermirdi. Deyirdi, israf edirsen yemeye. Bir neçe defe hetta öz qusuntumu yemeye de mecbur edib. Çaresiz yeyirdim. Qız vaxtından çay içmekden xoşum gelmez. İçende qaytarmağım gelerdi. O, mene su içmeye qoymurdu, balaca fincan çaya ele olurdu üç xörek qaşığı şeker atıb mecbur edirdi içim.





Yene döyüleceyinden qorxan qadın erinden xelvet üreyi yananda ayaqyolundakı krantdan istifade edir. Aliyenin er evindeki işgenceleri günü-günden dözülmez hedde çatır. Zamanla silleyle başlayan zerbeler sonra tepikle evezlenir.





- O eve gelen günü telefonumu elimden aldı. Günü bu güne qeder de menim telefonumu işledir. Nömremi sındırdı. Mamamgilde köhne telefon vardı. Dedi, versinler sene. Öz adına teze nömre aldı. Kimseyle danışmağa qoymurdu. Ancaq özüne zeng ede bilirdim. Ne mamama, ne papama zeng ede bilmezdim. Nömre onun adınaydı. Sonra zenglerin siyahısını çıxartdırıb xeber tutardı deye, gizlin de zeng etmezdim. Bir defe hamilelikle elaqedar refiqeme zeng etmişdim. Hekimdi. Onu deyende meni berk döydü. Ondan sonra qeti heç kime zeng etmedim. Döyülmek istemirdim. Onsuz da her gün döyülürdüm.





May ayında özünün iş tapdığını deyib, Aliyeni işden çıxarır. Bundan sonra Aliyenin veziyyeti daha da pisleşir.







- Nese xoşuna gelmeyen kimi saçımdan tutub evde sürüyürdü, başımı “pol”a döyürdü. Yerde futbol topu kimi oynadırdı. Men ancaq qarnımı tuturdum ki, zerbe deymesin.

Yemek yeyirdik. Nese soruşurdu, men cavab verirdim. Deyirdi, sen mene sakit cavab verdin. Qalxırdı, üzümden vururdu. Metbexde arxası olmayan stullar idi. Üzümden vuran kimi arxası üste yere deyirdim. Uşağımın hele de sağ qalması möcüzedir. Hekimler de bele deyir. Çox adam meni qınayır ki, niye mamangile demirdin, niye qaçmırdın evden? Evden nece qaça bilerdim? Heyetde o boyda it vardı. Rüfetden başqa kimse yaxın düşe bilmirdi. Hetta pencereni silende bele qorxurdum ki, yıxılsam it yeyecek. Mamagille ancaq onun telefonu ile danışırdım. Yüksek sesliye qoyurdu, danışığımıza özü de qulaq asırdı. Onun meni döydüyünü onlara nece deye bilerdim? Mamagil soruşanda, “her şey yaxşıdı”, deyirdim.







İyunun biri anasının doğum günüdür. Bu zaman Rüfet teklif edir ki, anası ad gününü qızıyla birge keçirsin ve qayınanasını evine getirir.





- Axşam mamamı bize getirdi. Mamaya dedi ki, siz evi satmaq istemirsiniz. Mama da dedi, niye satmaq istemirik? İsteyirik. Eger seni bankdakı kredit narahat edirse, satıb ödeyerik. İndi de bunu behane edib başladı meni döymeye. Ve başladı mamamın yanında meni döymeye. Ha yalvardım ki, döyme da, mama burdadı. Hem de bu gün ad günüdür. Xeyri olmadı. Onda qolum qanamağa başladı. Daha evvel döyende çapılmışdı. Üst-üste o qeder vurmuşdu ki, yara sağalmırdı. Yene qaysağı qopdu, qolumdan qan o qeder axdı ki, onun köyneyine de bulaşdı. Mama bunu görüb berk qorxdu. Yüksek tezyiqi var mamamın. Evvel istedi çöle qaçıb polise zeng elesin. Qapını açan kimi itin sesini eşidib geri qayıtdı. Axşam sekkizden gece bire qeder döydü meni. Sonra dedi, yatın. Sabah davam ederik.





- Anan seni onun elinden ala bilmedi?





- Siz onu tanımırsınız. Keçmiş boksçu olub. Mamam xeste adamdı. Ona gücü çatardı? Sabah meni yanına çağırdı ki, mamanla getmek isteyirsen? Dedim, he. Ondan evvel de mene sual vermişdi ki, isteyirsen seni evine buraxım? Dedim, he. Dedi, bu evden ancaq şikest çıxa bilersen. Dedim, razıyam. Şikest olum, amma burax meni. Onda dedi, belinin üstüne uzan, qarnının üstüne hoppanacam. Uzandım. Hoppanmaq isteyirdi ki, son anda dayandı. Dedi, yox, üzü üste çön. Çöndüm. Başladı ayağı ve dirseyi ile belime vurmağa. Dedi, uşağın düşecek, sen de şikest olacaqsan. Uşaq düşmedi. Sonra geldi üzr istedi. Dedi, esebiydim, bağışla. Ümumiyyetle, her döyenden bir-iki saat, ya bir gün sonra üzr isteyirdi. Söz verirdi, Allaha, peyğembere, Qurana and içirdi ki, bir daha döymeyecek. Amma döyürdü.





- Ananlizla getdiz?





- Yox. Men getmek istediyimi deyince, başladı mamamı tehqir elemeye. Mende de dedim ki, Quranda da yazılıb ki, valideyn müqeddesdir. Men heç vaxt senin valideynlerine, bacına pis söz dememişem. Onda dedi, üzünü o güne salacam ki, bütün Bakı tanıyacaq. Onda da mecbur qalıb, deyer-deymezine evi satıb senin üzünü müalice etdirecekler.





Bundan sonra evdeki ütünü cereyana qoşur.





- Diz üste çöküb başladım yalvarmağa ki, elemesin. Mene el deyme. Dedi, yaxşı, onda mamanı yandıraram. Qaynar ütünü de götürüb mamamın üstüne getdi. Men de dalınca. Mama qorxudan yerindece donub qalmışdı. Ütünü mamamın üzüne yaxınlaşdırırdı ki, qışqırdım ki, ne isteyirsen mene ele, mamama deyme! Qayıtdı yanıma, ne fikirleşdise, qaynar ütünü üzüme yox, elime basdı. Men qışqırdım. Sonra anasına zeng eleyib, güle-güle dedi ki, Aliyeni eşşek balası kimi döydüm. İndi de mamasıyla getmek isteyir. Anası ona ne dese yaxşıdı? Üzüyü soruşdu. Bütün günü evdeydim, üzüyü taxmırdım da. Dedim, otaqda şkafdadı. Heç maraqlanmadı qızı niye döymüsen? Niye yandırmısan elini? Ancaq pul, qızıl maraqlıdır onlara. Bir qeder sonra hirsi soyudu. Diz çökdü qarşımda, başladı yalvarmağa: “Xahiş edirem meni terk etme! Bir de seni döysem, kişi deyilem!” Mamamın elinden öpdü, söz verdi ki, bir daha heç ne etmeyecem, birce erinize heç ne demeyin. Men qaldım, mama getdi eve.





- Atanıza heç ne demedi?





- Sonradan öyrendim ki, mama eve gedenden yatağa düşüb. Papam da hiss edib ki, bizde nese olub. Mama berk qorxmuşdu. Dile tutub, öyrenib meseleni. O erefede de Rüfet zeng edib papama deyibmiş ki, eger evi iyunun 26-na qeder satmasanız, qızınızı size hisse-hisse qaytaracam. Evvel barmaqlarını gönderecem. İyirmi altısı menim doğum günümdür. Mamam da bizde gördüklerini danışınca, atam Abşeron polisine şikayet edib. Bir neçe gün gözleyib, görüb, polisden ses çıxmır. Onda papam Mehriban Zeynalovaya müraciet eleyib. “Temiz dünya” İctimai Birliyinin sedrine. İyunun 13-ü, şenbe günü idi. Axşam saat on olardı. Gördüm qapı berk döyülür. O, mene icaze vermezdi qapını açam, hem de heyetde it vardı. Qorxurdum çıxmağa. Mayın 27-de de gece üçün yarısı qapıya polis gelmişdi. Rüfeti götürüb apardı. Seher anasına zeng etdim ki, bes bele-bele oldu. Anası dedi ki, danışmışam, axşama buraxacaqlar. Buraxdılar da. Sonra bildim ki, kimise döyübmüş, ona göre tutublar. Rüfet özü dedi ki, bacım kömek eledi, buraxdılar. Ele bildim, yene onun dalınca gelibler. Zeng etdim özüne. Bir saat keçmişdi, qapı açıldı, içeri ona yaxın adam girdi. Rüfetin anası da gelmişdi. Bir nefer de ayrı qadın. Tanımadığım qadın mene dedi ki, teklikde menimle söhbet etmek isteyir. Otaqda öyrendim ki, bu qadın Mehriban xanımdı. Her şeyi etiraf eledim ona. Dedim, çox qorxuram. Dediler, bölmeye getmeli, izahat yazmalıyam. Sabunçu rayonu, 15-ci polis bölmesin. Evvel Rüfet etiraz eledi, sonra razılaşdı. Orda bizim bölme reisi gözleyirdi. Dedi, arvadıma teklikde bir söz deyim, sonra gederik. Otağa girdik. Başladı mene yalvarmağa ki, doğulacaq balamın canına and içdi ki, bir daha sene elimi vurmayacam. Heç yüksek sesle danışmayacam. Senin üçün qul olacam. Birce, meni terk eleme. Getdik bölmeye. Menimle anası Rüfetin maşınıyla getdik. Yolboyu maması ele hey gileylenirdi ki, eve polis getirdiler, biabır olduq. Bölmede izahat versem de, dedim, men qayıdıram evime, ona sonuncu defe şans vermek isteyirem. Belke düzeldi. Buna baxmayaraq, mene tibbi ekspertizaya yazdılar. Seher dörde qeder bölmede olduq. Eve gelende maşında Rüfet, anası, bir de men vardım. Meni eve düşürende dedi ki, gözle gör senin başına ne oyun açacam. Anamı evine düşürüb gelirem. O geden kimi Mehriban xanıma mesaj yazdım ki, çox böyük sehv eledim. Birini de polise gönderdim ki, men qayıtmaq isteyirem. Dalınca valideynlerime zeng eledim. Dedim, men çox böyük sehv eledim, eve qayıtmaq isteyirem. Men size xeber edende, polise xeber verersiniz. Rüfet ede gelende mene dedi ki, divara söyken dur. Menim de taqetim qalmamışdı. Divardan sürüşüb düşürdüm yere. Yıxıldıqca, saçımdan tutub tekrar qaldırırdı. Dedi, eve ikinci qadın getirecek. Sen de onu qebul edeceksen. Bir qeder sonra qapı döyüldü. Qonşu gelmişdi. O qapıya çıxan kimi valideynlerime zeng eledim. Hemin gün polisler tekrar geldiler. Bu defe atamda gelmişdi. Atamı gören kimi başladı diz çöküb yalvarmağa. Gah mene, gah atama. Bu defe inanmadım. Yeriye bilmirdim. Atam çiynimden tutub evden çıxaranda Rüfet qapını bağladı. Atam qapıya berk vurdu. Müstentiq çölde idi. Hicabsız idim deye, içeri girmemişdi. Çölden qapını açdı ve biz çıxdıq. Hemin günü evime geldim.





Bundan sonra faktla bağlı cinayet işi açılır ve iş Suraxanı rayon Polis İdaresine verilir.







- Evvel 133 - cü madde (işgence verme) cinayet işi açılmışdı. İndi baxıram, maddeni 128-e (qesden sağlamlığa yüngül zerer vurma) deyişibler. Rüfetin bacısının eri erebdi. Küveytde yaşayır. İmkanı yaxşıdı. Rüfete maddi kömek olur. iyulun 27-de Rüfeti 133-cü madde ile tutdular. Avqustun 23-de maddeni 128-e deyişib, ayın 27-de buraxıblar. Azadlığa buraxıldığını mehkememiz olacağı haqda bildiriş gelende bildim.



- Narazılığınız nedendi?



- Menim xeberim olmadan müstentiq maddeni deyişib. O, mene yüngül xesaret yetirmeyib. Hamile olduğumu bile-bile defelerle mene işgenceler verib. Sentyabrın 29-da birinci mehkememiz oldu. İşe baxıldı ve mehkeme terefinden işi aparan Sabunçu Rayon Polis İdaresinin İstintaq Şöbesinin müstentiqi, polis kapitanı Memmedov Asef haqda Azerbaycan Respublikasının Cinayet Mecellesinin teleblerini pozulması barede xüsusi qerar çıxarılması gösterildi. İşe tezeden baxılması üçün vesatet qaldırmışdım. Vesatetim qismen temin edilib. İş prokurorluğa qaytarılıb. Menim işime tam baxılmalıdır. Telebim odur ki, 133-cü madde qaytarılsın, Rüfet hemin madde ile cezalanmalıdır. O, mene defelerle tecavüz edib, sağlamlığıma zerer yetirib. Tibbi ekspertizanın reyinde de qeyd olunub. Kelle-beyin travması almışam, bedenimde çapıq izleri, elimin üstünde yanıq izi var, hamile veziyyete defelerle döyülmüşem. Buna yüngül xesaret demek olar? Defelerle döyüldüyümü sübut edecek fotolar, ekspertizanın reyi var. Şahidlerim var. Mamamın gözü önünde döyüb, ütü ile elimi yandırıb. Rüfet mene defelerle zeng edib yalvarıb ki, onu bağışlayım. Hetta mene pul da teklif edibler. Yaxın durmamışam. Men A. Memmedovdan defelerle soruşmuşam, meni emin edib ki, istintaq 133-cü madde ile aparılır. Rüfet de sentyabrın 27-dek Kürdexanıda qalacaq. Amma yalan deyib. O, mene teklif edirdi ki, onların mene teklif etdiyi pulu götürüb, Rüfetle geri qayıdım. İki hefte olar iş prokurorluqdadı. Amma mene heç bir melumat verilmeyib, çağırmayıblar da. İş kime verilib, bilmirem. Nigaranam. Növbeti müstentiq işi nece aparacaq? Onu da bilmirem. Ailesi tezeden pul verib öz emelini tezeden ört basdır edecek, yoxsa edaletli qerar verecek? Hamile qadının hüquqlarını bele tapdalamaq olar? Bu işin axırı nece olacaq, bilmirem?





***

Aliye artıq öz evindedi. Ata ve anasının yanında. Daha Rüfet onu incide bilmir. Etibarlı ellerdedir. O da, betnindeki 7 aylıq balası da. Hele dünyaya gelmeden atası terefinden şiddete meruz qalmış körpenin veziyyeti de yaxşıdır. Ele Aliyenin özü de. “Temiz Dünya” İB terefinden reabilitasiya alıb. Heyata ümidle baxır. Sebirsizlikle balasının doğulacağı günü gözleyir. “Onun üçün yaşamağa deyer!”, deyir. Tek isteyi mehkemenin haqqında edaletli qerar vermesi, Rüfetin layiqince cezalanmasıdır. Bundan sonra gelecek Aliyelerin tekrar bunları yaşamasın deye.

Oxundu: 232 defe


Tesadüfi hekaye
9 ay öncə
Arvadının başını kesen qatil tutulub! Arvadının başını kesen qatil tutulub!
Bakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb. 1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan t...
9 ay öncə
Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar
Cəlilabadda polis əməkdaşı bıçaqlanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Prokurorluğunun qarşısında 1990-cı il təvəllüdlü Anar Əmirov və 1991-ci il təvəllüdlü İlkin Qurbanov a...
9 ay öncə
Rusiyada həmyerlisini öldürən azərbaycanlıya 12 il Hebs Rusiyada həmyerlisini öldürən azərbaycanlıya 12 il Hebs
Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı 12 il müddətinə azadlıqdan məhrum edilib. Oxu...
9 ay öncə
Ekiz bacısı terefinden başı kesilen qız! Ekiz bacısı terefinden başı kesilen qız!
08.10.2015 / 14:32 Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraaatına verilib Ötən il Bakıda əkiz bacısının başını kəsən Pərvanə Nuriyevanın cinayət işinin is...
9 ay öncə
Erim meni aldadırdı, xeyanetimle ona ders verdim Erim meni aldadırdı, xeyanetimle ona ders verdim
Salam, adım Aytəkin (red.ad şərtidir), 30 yaşım var, 10 ildir ki evliyəm. Məndə sizə başıma gələn ama heç kəsə arzulamadığım hadisəni danışmaq istəyirəm. Həyat yoldaşımla eyni zamanda həmkəndliyik. Ai...
9 ay öncə
Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkdi Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkdi
Honkonqda dəhşətli qətl hadisəsi baş verib. Müstəqil.Az Qafqazinfo və“Daily Mail”ə istinadən xəbər verir ki, polis 12 yaşlı qızını qətlə yetirən qadını həbs edib. Məlumata əsasən, 37 yaşlı ...
9 ay öncə
Öz Sevgilisini bıçaqla öldürdü Öz Sevgilisini bıçaqla öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvüllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirli bilinən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zərərçəkmiş şəxsin nümayəndəs...
9 ay öncə
Ağdaşda qoyun üstündə adam öldürdülər Ağdaşda qoyun üstündə adam öldürdülər
Ağdaşda qətl hadisəsi baş verib. Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini Mığımov Dursun 1966-cı il təvəllüdlü Əliyev Baxşalını dəyənəklə v...
Sponsorlu

Reklam yeri boş!