Rusiyada həmyerlisini öldürən azərbaycanlıya 12 il Hebs
Hekayenin mezmunuŞekiller 1

Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə günü şəhər məhkəmələri mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

“Məhkəmə Emil Hüseynov üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cinayət əməlində Hüseynov ilə birgə iştirak edən Əfqan Əliyev və Vüsal Əsgərova qarşı cinayət işinə Sankt-Peterburq şəhər məhkəməsində baxılır”, - deyə mətbuat xidmətlərinin məlumatında qeyd olunub.

Bildirilir ki, Azərbaycan əsilli Ə.Əliyev və V.Əsgərova qarşı əvvəllər adam öldürmə, qeyri-qanuni silah dövriyyəsi, həmçinin qətl təhdidi və onu həyata keçirməyə hazırlaşmaq maddələri üzrə ittiham irəli sürülüb.

Cinayət işi materiallarından məlum olur ki, Ə.Əliyev və V.Əsgərov həmyerliləri Elçin İsmayılova qarşı olan ədavət üzündən onun qətlini təşkil etmək qərarına gəliblər. Onlar bunun üçün işə pul müqabilində qətli törətməyə razılıq vermiş E.Hüseynovu cəlb ediblər.

“Elçin İsmayılovun Sankt-Peterburqdan çıxıb getməsi ilə əlaqədar olaraq, iş ortaqları onun qardaşı Maarif İsmayılovu qətlə yetirmək və bu yolla onu dəfn mərasimində iştitak etmək üçün Sankt-Peterburqa qayıtmağa məcbur etmək və beləliklə, əvvəlcədən planlaşdırdıqları qətli həyata keçirmək üçün zəmin yaratmaq qərarına gəliblər”, - deyə əvvəl Rusiya İstintaq Komitəsinin Peterburq üzrə Baş İdarəsinin məlumatında bildirilir.

E.Hüseynov 20 iyun 2016-cı il tarixində Sofiya meyvə-tərəvəz bazasında bir kişini güllələyib. O, hadisə yerindən qaçarkən şahidləri də öldürəcəyi ilə hədələyib. Əsas hədəfdə olan adamı öldürmək isə mümkün olmayıb. Çünki onların hamısı saxlanılıb.

Oxundu: 31 defe


Tesadüfi hekaye
4 ay öncə
Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar
Cəlilabadda polis əməkdaşı bıçaqlanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Prokurorluğunun qarşısında 1990-cı il təvəllüdlü Anar Əmirov və 1991-ci il təvəllüdlü İlkin Qurbanov a...
4 ay öncə
Arvadının başını kesen qatil tutulub! Arvadının başını kesen qatil tutulub!
Bakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb. 1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan t...
4 ay öncə
Öz Sevgilisini bıçaqla öldürdü Öz Sevgilisini bıçaqla öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvüllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirli bilinən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zərərçəkmiş şəxsin nümayəndəs...
4 ay öncə
Rusiyada həmyerlisini öldürən azərbaycanlıya 12 il Hebs Rusiyada həmyerlisini öldürən azərbaycanlıya 12 il Hebs
Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı 12 il müddətinə azadlıqdan məhrum edilib. Oxu...
4 ay öncə
Ekiz bacısı terefinden başı kesilen qız! Ekiz bacısı terefinden başı kesilen qız!
08.10.2015 / 14:32 Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraaatına verilib Ötən il Bakıda əkiz bacısının başını kəsən Pərvanə Nuriyevanın cinayət işinin is...
4 ay öncə
Yerle sürüyürdü, bedenimi ütüyle yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün Yerle sürüyürdü, bedenimi ütüyle yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün
Hemin gece Aliyenin yuxusu gelmir. Başını qatmaq üçün “Facebook”a girir. Bir elan diqqetini çekir: “Özüm namaz qılanam. Aile qurmaq isteyirem. Dindar qız axtarıram. Cemi bir defe aileli o...
4 ay öncə
Salyanda Aile Qetliamı Salyanda Aile Qetliamı
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı – İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən ...
4 ay öncə
Bir günde 3 meyit tapılıb! Bir günde 3 meyit tapılıb!
19:29 xeber – Azərbaycanda gün ərzində 3 meyit aşkarlanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzər...
Sponsorlu

Reklam yeri boş!