Salyanda Aile Qetliamı
Hekayenin mezmunuŞekiller 1

Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı – İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.

Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs qətimkan tədbiri seçilib

Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə predmetinə çevrilib. Ortaya hamının cavabını maraqlı gözlədiyi ciddi suallar çıxır:

Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət 3 il ərzində necə gizlədilib?

AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq, qətlin gerçək səbəbini araşdırmaq üçün Salyana yollanıb. Əməkdaşımız Mehparə Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub. Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün səbəblərindən danışıblar.

– Fərhad Əliyevlə Mehbarə xanım sevərək evləniblər?

Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu bilirdik. Buna görə onların evlərinə getmirdik

-Fərhadın içki aludəçisi olduğu deyilir. O, işləmirdi? Evi kim dolandırırdı bəs?

– Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də deyildi.

Qızlardan biri deyib ki, “ata, bizə yemək al, acıq”. Fərhad cavab verib ki, “siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın”. Bu sözləri ata öz doğma qızlarına deyib.

Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5 manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.

Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək etməyə çalışırdıq.
– Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə idi?

M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez döyürmüş:

– Mehparə ailə sirini heç kimə verməzdi. Amma ərinin qohumları bizə deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi, Mehparəyə deyirdi, get, işlə araq al. Fərhad bir dəfə qızını elə döymüşdü ki, qızın başı ağır zədə almışdı.

-Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar idi?

– O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak adam olub ki, doğma qızlarının boğazını kəsib öldürüb. Oğlu Fəqan da atasına kömək edib. Onlar Mehparə və qızlarını biryerdə öldürüblər.

– Sizcə, belə dəhşətli qətlə nə səbəb ola bilər?

– Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.
Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə məcbur edirdi.

Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub, qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz döndərmişdilər, kömək etmirdilər.

– M. Əliyevanın qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə dəhşət idi. Bütün meyitlər çürümüşdü, Sevdanın bədəni sanki çürüməmişdi…
-Sizcə, 3 il ərzində cinayətin üstün niyə açılmayıb?

– Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə, Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ evində qaldıqlarını deyirdi.
M.Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki, “Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək”. Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.

Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb. Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq, yemək alıb. Rayona gələndə, isə arvad-uşağının Bakıda olduğunu deyib.

– Beş nəfəri eyni vaxtda öldürmək fikizi cəhətdən asan deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə bilər?

– Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərlərinə evdəki ədyalı qoyub, sonra topraq töküb.

Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.

Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.

M.Əliyevanın qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!

– Qohumlarınız mətbuata bildiriblər ki, qətldə Fərhad və oğlu ilə yanaşı başqa şəxslərin də əli var. Kimlərdən şübhələnirsiniz?

– Bacımı və qızlarını Fərhad oğlu ilə birlikdə öldürüb. Başqa kiminsə adını çəkə bilmərəm. Bəlkə, Fərhadın qardaşının də bu işdə əli olub. Fərhad qardaşları ilə bir həyətdə qalırlar. Evlərinin arasında hasar yoxdur. Necə ola bilər ki, belə dəhşətli hadisə olub, onların xəbərləri olmasın! Meyitlərin iyini ola bilməz ki, hiss eləməsinlər

Oxundu: 97 defe


Tesadüfi hekaye
7 ay öncə
21 yaşlı oğlan 2 bacısını güllələdi 21 yaşlı oğlan 2 bacısını güllələdi
ABŞ-ın Ohayo ştatının Kolreyn şəhərində 21 yaşlı Metyu Heyden 2 bacısını güllələyərək öldürüb, dostuna isə ağır xəsarət yetirib. Polisdən bildirilib ki, gənc oğlan bacıları Sara və Elizabet Heydeni...
7 ay öncə
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi
Dekabrın 20-də Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib. Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasın...
7 ay öncə
Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı! Arvadı ile cinsi elaqede oldu, cinayet işi açıldı!
Arvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir. Ölkə.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşa...
7 ay öncə
Yerle sürüyürdü, bedenimi ütüyle yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün Yerle sürüyürdü, bedenimi ütüyle yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün
Hemin gece Aliyenin yuxusu gelmir. Başını qatmaq üçün “Facebook”a girir. Bir elan diqqetini çekir: “Özüm namaz qılanam. Aile qurmaq isteyirem. Dindar qız axtarıram. Cemi bir defe aileli o...
7 ay öncə
Öz Sevgilisini bıçaqla öldürdü Öz Sevgilisini bıçaqla öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvüllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirli bilinən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zərərçəkmiş şəxsin nümayəndəs...
7 ay öncə
Ağdaşda qoyun üstündə adam öldürdülər Ağdaşda qoyun üstündə adam öldürdülər
Ağdaşda qətl hadisəsi baş verib. Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini Mığımov Dursun 1966-cı il təvəllüdlü Əliyev Baxşalını dəyənəklə v...
7 ay öncə
Bakıda 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər Bakıda 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər
Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb. Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami...
7 ay öncə
Ata zorladığı qızını hamile ere vermek istedi Ata zorladığı qızını hamile ere vermek istedi
3 uşağı olan 40 yaşlı Faiq Ağayevin iki qızı başqa kendde olan ana babalarının evinde yaşayıb. Faiq ise oğlu ve heyat yoldaşı ile dağ kendinde yaşayıblar. Qış vaxtı dağ kendden qayınatasının evine gel...
Sponsorlu

Reklam yeri boş!